Maaş, sosial yardım və təqaüdlərlə bağlı hansı qərarlar olacaq? | Banco.az

Maaş, sosial yardım və təqaüdlərlə bağlı hansı qərarlar olacaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Azərbaycanda pensiya artımları artıq reallaşdı. Dövlət başçısının imzaladığı sərəncamla pensiyalarda 11,2 artım qeydə alınıb. Bu artımlar yanvar ayından hesablanır. Yanvar ayının artımları fevral ayında fevral ayının artımları ilə birlikdə ödəniləcək". 

Banco.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. 

Bizə ünvanlanan suallar içərisində digər istiqamətlərdə hansı addımların atılması və ya gözləntilərlə bağlıdır:

"Əvvəla, qeyd etmək istərdik ki, sosial yardım məbləği də yanvar ayından etibarən artırılıb və bu il ünvanlı sosial yardım almağa başlayan ailələr artıq ehtiyac meyarı artırıldığı üçün daha yüksək məbləğdə artımlardan istifadə edə biləcəklər. Çünki ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılıb və nəticə etibarilə əgər ailədə əvvəlki dövrlərdə ehtiyac meyarı 246 manat götürülürdüsə və buna uyğun olaraq hesablama aparılırdısa, artıq yeni qaydalarda yeni artımlardan sonra praktik olaraq bu imkan verəcək ki, məhz daha çox artımlar müşahidə olunsun. 

Əməkhaqqı, o cümlədən minimum pensiya, təqaüd, sosial müavinətlər və veteran pulları ilə bağlı da xeyli müraciətlər var. Qeyd etmək istərdik ki, 2024-cü  ilin dövlət büdcəsində sosial xərclər ümumi xərclərin 45 faizini təşkil edir. Bu il sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar var. Eyni zamanda, cari xərclərin 70 faizi sosial xərclərdir. O baxımdan təbii ki, 2024-cü ildə də sosial təminat tədbirlərinin genişləndirilməsi prioritetdir və bunun üçün də dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulmaqdadır. Digər tərəfdən, nəzərə alsaq ki, bu, artıq bir sıra sektorlar üzrə əməkhaqqı artımları reallaşır. Yanvarın birindən etibarən hərbi qulluqçuların vəzifə maaşlarında artımlar qeydə alındı və bununla bağlı qərar da artıq Nazirlər Kabineti tərəfindən ölkə rəhbərinin imzaladığı sənədə uyğun olaraq reallaşdı". 

Ən sərfəli kredit üçün müraciət et

V. Bayramov qeyd edib ki, bizim gözləntimiz ondan ibarətdir ki, 2024-cü il yalnız iqtisadi baxımdan yeni eranın deyil, həm də sosial baxımdan yeni dövrün başlanması ili kimi yadda qalacaq".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et