Müəllif:Ayşən İmanova/Banco.az
Rusiyanın “Lukoil” neft şirkəti sanksiyalar fonunda baş direktorunu dəyişdirmək qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Bildirilir ki, qərar direktorlar şurasının iclasında qəbul edilib. Şura Vadim Vorobyovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.
Yeni baş direktor əvvəllər Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezident vəzifəsini tutmuş Sergey Koçkurov olub.
Xatırladaq ki, yanvarın 10-da ABŞ Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib