Müəllif: Tamara Mustafayeva, Banco.az
“Lufthansa” korporativ ödəniş xidmətləri provayderi “AirPlus”ı İsveçin “SEB” bankına 450 milyon avroya satmağa razılaşıb.
Banco.az xəbər verir ki, bu barədə Almaniyanın aparıcı aviaşirkəti məlumat yayıb.
Bildirilib ki, İsveçin “SEB” bankı “Lufthansa”dan işgüzar səyahət ödənişləri xidməti təminatçısı “AirPlus”ı (AirPlus Servicekarten GmbH) 450 milyon avroya almağa razılaşıb.
Razılaşma “AirPlus”ın bütün beynəlxalq törəmə və filiallarını, eləcə də Almaniyanın Hessen əyalətinin Neu-İsenburq şəhərindəki “Lufthansa AirPlus Servicekarten GmbH”i əhatə edir.
Qeyd edək ki, alqı-satqı müqaviləsinin lazımi icazələr əldə edildən sonra gələn ilin birinci yarısında tamamlanacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!