Loqosunu dəyişdirmiş 7 Bank | Banco.az

Loqosunu dəyişdirmiş 7 Bank

Loqo şirkətlərin şəxsiyyətini əks etdirən ən vacib elementdir. Bu səbəbdən loqo şirkətin mövqeyi və görünüşü baxımından olduqca mühüm vasitə sayılır. Günümüzdə şirkət sayının dayanmadan artması loqo dizaynına olan əhəmiyyətin də artmasına səbəb olur. Çünki müasir şirkətlər artıq yaxşı başa düşürlər ki, missiya və görülən işlə bərabər, xarici görünüş də olduqca önəmlidir.  Bu səbəblə də vizuallıq baxımından ən yaxşısını istəyən şirkətlər, birinciliyi loqo dizaynına verir.

Loqo dizaynı zamanı rəng və simvolların ahəngi olduqca önəmlidir. Hər ikisi də bir-birini tamamlamalıdır ki, insanların yaddaşına həkk ola bilsinlər.

Həmçinin bax: Banklar və onların sloqanları

Şirkətlər  bəzən illərdir istifadə etdikləri loqolarda dəyişiklik edə bilirlər. Böyük markalar ümumiyyətlə loqoları mövzusunda mühafizəkardır və dəyişiklik etməyi sevməzlər. Edilənlər də kiçik və çox diqqət çəkməyəcək ölçüdə olur. Ancaq bəzi şirkətlərin etdiyi dəyişiklik köhnə və yeni loqo arasında əlaqəni tamamilə itirir.

Bu hər zaman özünü doğruldurmu deyə bilmərik. Lakin, doğru dəyişikliyin mütləq qayda da uğur gətirəcəyinə inanırıq.

Ölkəmizdə də fəaliyyət göstərən böyük şirkətlərin əksəriyyəti loqo məsələsində göstərdikləri həssasiyyətlə heç də dünya brendlərindən geri qalmırlar.

 Bizi Facebook-da da izləyin..

Bu şirkətlərə bankları da daxil edə bilərik. Banco.az sizlərə loqolarında dəyişiklik etmiş 7 Azərbaycan Bankını təqdim edir. Dəyişikliyin sizi qane edib-etməməsi ilə bağlı fikirlərinizi bizimlə bölüşə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Budur həmin banklar və onların loqoları:

AGBank

Azər Türk Bank

Bank BTB

Beynəlxalq Bank

Kapital Bank

Unibank

Yapı Kredi Bank