Sloqan və ya şüar bir adam və ya təşkilatın (firma, sektor, vəqf vs) marka dəyəri meydana gətirməsini təmin edən ən əhəmiyyətli ünsiyyət vasitəsidir. Yaxşı bir sloqan markanın missiya və vizyonu ilə əlaqələndirilmiş olmalı və markaya işarə etməlidir.
Şüar bir şirkətin məqsəd və hədəflərini ifadə edir. Qısaca, şüar markanın ilkin təsviridir və onun haqqında ilkin anlayış və fikir yaradır.
Sloqan markanın yadda qalan olması üçün də çox əhəmiyyətlidir. Eyni zamanda yaradılarkən ilkin hədəf sloqanın orjinal və təsiredici olmasıdır. Müvəffəqiyyətli markalar (bu bəzən fərd də ola bilər) keyfiyyətli sloqanlar ilə ön plana çıxmışlar.
Hər bir şirkətin marka dəyərini ifadə edən bir şüarı vardır.
Bəs banklarımız özlərini hansı şüarla tanıdır və insanların gözündə hansı profildə olmaq istəyirlər?
Banco.az olaraq, sizlər üçün banklarımızın sloqanlarını müəyyən etdik. Tanış ola bilərsiniz.
Hansı sloqanın güvənverici, etibar hissi yaradan, həmçinin yadda qalan olduğuna özünüz qərar verin :)
AccessBank - Sizin Yerli Avropa Bankınız |
AFB Bank - Hər kəs üçün eyni |
AGBank - Zəngin olmaq haqqınızdır |
Amrahbank - Sizə açıq və aydın bank |
Azər Türk Bank - Etibar etdiyiniz ünvan |
Bank Avrasiya - Avropa keyfiyyəti – Asiya ənənələri |
Bank of Baku - Sizə yaxın bankçılıq |
Bank Respublika - Sizə faydalı |
Expressbank - İşiniz rahat getsin |
NBC Bank - Hər zaman yanınızda! |
Paşa Bank - Zirvələrə doğru. Birlikdə. |
Rabitəbank - Orta və Kiçik Biznesin tərəfdaşı |
Turanbank - Bizimlə etibarlıdır |
Unibank - Hər kəsin bankı |
Xalq Bank - Uğurla birlikdəyik! |
ASB Bank - Bir bankdan daha üstün.. |
Atabank - Bir Addım Öndə |
Bank BTB - Arzulara Yaxın Ol |
Beynəlxalq Bank - Uğuruna imza at! |
Kapital Bank - Birinci bank |
Nikoil Bank - Fərqli istəklərin həlli |
VTB Bank Azərbaycan - Sərhədsiz dünya |
Yapı Kredi Bank Azərbaycan - Xidmətdə Sərhəd Yoxdur! |