London merliyinə namizəddən böyük jest | Banco.az

London merliyinə namizəddən böyük jest

Müəllif:Ayşən İmanova/Banco.az

London merliyinə namizəd Brayan Rouz seçkidə qalib gələcəyi təqdirdə hər bir şəhər sakininə yeni kriptovalyuta tokeni şəklində 100 funt sterlinq verəcəyini vəd edib.

Banco.az xəbər verir ki, Rouzun ideyasına görə, yeni London tokeni şəhər banklarının mənfəətindən birdəfəlik vergi tutulmaqla 1 milyard funt sterlinq həcmində likvidlik hovuzunun yaradılmasını nəzərdə tutur.

Rouz qeyd edib ki, gələcəkdə token ictimai nəqliyyat, parkinq, bələdiyyə xərcləri və digər şəhər xərclərini ödəmək üçün istifadə olunacaq.

Onun sözlərinə görə, şəhər sakinləri smartfonlarda quraşdırılmış mərkəzləşdirilməmiş maliyyə protokollarından istifadə edərək tokenləri saxlaya, faiz qazana, qənaət edə və ticarət edə biləcəklər.

Brayan Rouz bildirib ki, o, Londonun meri seçilərsə, token məşhur birjalarda əlçatan olacaq, kriptovalyutalar sahəsində maliyyə təhsili platforması yaradılacaq ki, bu da vətəndaşlara rəqəmsal pul kisələrini necə idarə etməyi, tokenlərini investisiya etməyi öyrənməyə kömək edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, müxtəlif hesablamalara görə, Londonda 9 milyona qədər insan yaşayır, ona görə də Rouz seçilərsə, tokenə tələb oluna bilər. Təbii ki, seçildikdən sonra vədini unutmasa.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et