London körpüsündən qoyunların keçməsinə böyük maraq olub | Banco.az

London körpüsündən qoyunların keçməsinə böyük maraq olub

İngiltərənin paytaxtı Londonda bazar günü həyata keçirilən bu adət qədim vergi qaydaları ilə bağlıdır. Keçmişdə Londona qoyun satmaq üçün gələn və bu satışa görə vergi tutulmayan kəndlilərin xatirəsini yada salmaq məqsədi daşıyan adətin yenidən bərpa edilməsi həm London sakinləri, həm də turistlər tərəfindən böyük maraqla qarşılanıb. Londonun keçmiş bələdiyyə sədrlərindən olan Deyvid Votton bu tədbirin Londonun fərqli məkanlarından insanları bir araya gətirdiyini bildirib: "London körpüsünün üstündə qoyun satın almaq nə qədər köhnə adət kimi görünsə də, əslində, qoyunlardan əldə edilən yun çox faydalıdır və ətraf mühit üçün əlverişlidir. Ondan müasir həyatda bir çox sahələrdə istifadə olunur".

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et