Azərbaycanda lombardlar minimum nizamnamə kapitalı formalaşdırmaq məcburiyyətində qalacaqlar.
Milli Məclisdə müzakirə edilən Lombardlar haqqında qanun layihəsində qeyd edilib ki, lombardın minimum nizamnamə kapitalı Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır.
Lombardın nizamnamə kapitalının minimum miqdarına dair tələblər maliyyə bazarlarına nəzarət orqanı (Palata) tərəfindən müəyyən olunur.
LİSENZİYA ALINMALIDIR
Həmçinin lombardlar lisenziya almalı olacaqlar. Layihədə qeyd edilib ki, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyalarının verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.
İCAZƏSİZ FİLİAL AÇMAQ OLMAZ
Maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan lombard Azərbayacn Respublikasının ərazisində filial aça bilməz. Lombardın filiallarının açılması üçün lombardın təsisçiləri maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakılara dair sənədlər əlavə edilməlidir.
Lombardlar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyirlər.
marja