Lombardlar girov qoyulan və ya saxlamaya qəbul edilən əşyaları sığorta etdirməli olacaqlar.
Lombard girova qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanı, həmin əşyanın qiymətinin tam məbləğində öz vəsaiti hesabına müştərinin xeyrinə əşyanın mənimsənilməsi, israf edilməsi, zədələnməsi, məhv olma və itirilmə riskindən sığortalamalıdır.
HƏMÇİNİN OXU: Lombard kreditinə müddət məhdudiyyəti qoyuldu
Girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanın qiymətləndirilməsi tərəflərin razılığı ilə lombard və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən ediləcəkdir. Əşyalar müəyyənləşdirilmiş qiymət üzrə sığorta olunmalıdır.
Lombard öz vəsaiti hesabına girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.
Marja