Lizinq sazişinin əsas müqayisəli üstünlükləri | Banco.az

Lizinq sazişinin əsas müqayisəli üstünlükləri

Müəllif: Əfsanə Qəmbərova

Həm maşın, avadanlıq və digər malların idxalı, həm də hazır məhsulun ixracı kimi müxtəlif xarici iqtisadi əməliyyatların maliyyələşdirilməsi alətlərindən biri də icarənin xüsusi növü olan lizinqdir. Lizinqin istifadə edilməsinin öz üstünlükləri vardır. Çünki müasir texnologiya bazasında istehsalın yenidən qurulması və beynəlxalq bazarın ən ciddi tələblərinə cavab verən məhsulun istehsal edilməsi üçün əməkdaşlığın bu formasında xarici valyutada iri vəsaitlərin əvvəlcədən ayrılması tələb olunmur. İlk mərhələdəki bütün xərcləri lizinq şirkəti (icarəverən firma) ödəyir. Lizinq götürülmüş avadanlıqda istehsal olunan məhsulun ixracından sonrakı ödəmə formalarından biri kimi istifadə oluna bilər. 

Lizinq sazişinin əsas müqayisəli üstünlükləri:

- Pul kreditindən fərqli olaraq əmlak formasında investisiya qoyuluşu vəsaitin qaytarılmaması riskini azaldır, belə ki, verilmiş əmlaka mülkiyyət hü- ququ lizinq verəndə qalır.

- Lizinq 100%-li kreditləşmənin olmasını nəzərdə tutur və ödənişlərin dərhal edilməsini tələb etmir. Bu da kəskin maliyyə gərginliyi olmadan istehsalat fondlarını yeniləşdirməyə, bahalı əmlak əldə etməyə imkan verir. Adi kreditdən istifadə edərkən müəsisə aldığı malın dəyərinin bir hissəsini öz vəsaiti hesabına ödəməli idi.

- Çox vaxt müəssisə üçün lizinq vasitəsilə əmlak almaq onun əldə edilməsi üçün borc almaqdan daha asan olur, belə ki, lizinq əmlakı girov kimi çıxış edir. - Lizinq sazişi borcdan daha çevikdir, belə ki, hər iki tərəfə rahat ödəmə sxemi işləyib hazırlamağa imkan verir. Tərəflərin qarşılıqlı razılığı ilə lizinq ödənişləri lizinqə götürülmüş avadanlıqda istehsal edilmiş malların satışından vəsait əldə etdikdən sonra gerçəkləşdirilə bilər. Ödəniş stavkaları müəyyənləşdirilmiş və sürüşkən ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

- Lizinq ödənişləri avadanlıq müəssisədə qurulduqdan sonra edilir. Avadanlıq uyğun istehsal gücünə çatdıqdan sonra müəssisə mənfəət əldə edir və onun bir qismindən lizinq verənə ödənişlər etmək üçün istifadə oluna bilər.

- Lizinq müddəti kredit müddətindən olduqca çox ola bilər.

- Lizinqdə lizinq müqaviləsinin müddəti bitdikdən sonra avadanlığı nominal və ya qalıq dəyəri ilə pulla geri almaq imkanı nəzərdə tutulur. 

- Lizinq alan üçün mənəvi və fiziki aşınma, eləcə də avadanlığın köhnəlməsi riski azalır, çünki əmlak mülkiyyətə alınmır, yalnız müvəqqəti istifadə üçün götürülür.

- Lizinq əmlakı lizinq alanın balansında hesaba alınmır, bu da onun aktivlərini artırmır və bu əmlaka qoyulan vergini ödəməkdən azad edir. - Lizinq ödənişləri lizinq alanın xərclərinə aiddir və uyğun olaraq onun vergi qoyulan mənfəətini azaldır.

- Əmlak istehsalçısının öz məhsulunu satmaq üçün əlavə imkanları var