Müəllif:Mehin Qasımova/Banco.az
Liviyanın neft və qaz hasilatı son 11 ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyası (NOC) açıqlama verib.
Bu gün hasilat 1 milyon 380 min 470 barel xam neft və 198 min 190 barel qaz olmaqla ümumilikdə 1 milyon 578 min 660 barelə çatıb.
OPEC-in məlumatlarına görə, Liviya 50 milyard barel neftlə Afrikada ən çox neft ehtiyatına malik ölkədir, lakin bölünmə və siyasi qeyri-sabitlik səbəbindən müxtəlif vaxtlarda neft yataqları bağlanır və hasilatda fasilələr yaranır.