Liviya təbii qazla bağlı yeni Avropa ölkələri ilə razılığa hazırlaşır | Banco.az

Liviya təbii qazla bağlı yeni Avropa ölkələri ilə razılığa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Liviya İtaliyadan sonra yeni təbii qaz müqavilələrinə hazırlaşır.

Banco.az xəbər verir ki, Liviyanın Milli Neft Şirkəti təbii qaz hasilatı üçün İtalyanın “Eni” şirkəti ilə 8 milyard dollarlıq razılaşmadan sonra xarici ölkələrlə daha çox müqavilə imzalamağı gözləyir.

Bu barədə şirkətin sədri Fərhad Benqdara açıqlama verib.

O, neft kəmərləri kimi enerji infrastrukturuna investisiyalar barədə digər şirkətlərlə də danışıqlar apardıqlarını bildirib.

Qeyd edək ki, analitiklərin fikrincə, Liviya yüksək neft və qaz ehtiyatlarına görə Avropa üçün mühüm enerji təchizatçısı ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et