Liviya beynəlxalq neft şirkətlərini ölkəyə qayıtmağa çağırıb | Banco.az

Liviya beynəlxalq neft şirkətlərini ölkəyə qayıtmağa çağırıb

Müəllif - Aida İsaq, Banco.az

Liviya beynəlxalq neft şirkətlərini ölkədəki fəaliyyətlərini bərpa etməyə çağırıb. 

Banco.az xəbər verir ki, bu fikri Liviyanın baş naziri Abdel Hamid Dbeiba bildirib. Liviya Milli Neft Korporasiyası Tripolidə “Neft və qaz sektoruna dəstək” mövzusunda forum təşkil edib. Tədbirdə Liviya nazirləri, ölkə rəsmiləri və beynəlxalq enerji şirkətlərinin nümayəndələri iştirak ediblər. A.Dbeiba ölkədə sabitliyin bərpa olunduğunu qeyd edərək, xarici neft şirkətlərinin Liviya bazarına qayıtmasına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, iyunun ortalarında Liviyada neft hasilatının ölkədəki siyasi böhran səbəbindən  dayandırılması limanların və enerji yataqlarının bağlanmasına gətirib çıxarıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et