Müəllif:Ayşən İmanova/Banco.az
BMT və Livan hakimiyyəti beynəlxalq ictimaiyyətə İsrailin Livandakı fəaliyyəti nəticəsində ölkədə yaranmış humanitar böhranın qarşısını almaq üçün 426 milyon dolların ayrılması ilə bağlı müraciət edib.
Banco.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin nümayəndəsi Yens Lerk bildirib.
Qeyd olunub ki, bu vəsait növbəti üç ay ərzində münaqişədən zərər çəkmiş bir milyondan çox insana təcili yardım göstərmək üçün lazımdır.
Lerk xatırladıb ki, sentyabrın ortalarından Livanda köçkünlərin sayı misli görünməmiş dərəcədə artıb, ən azı min nəfər həlak olub, daha 6 min nəfər yaralanıb.
O qeyd edib ki, BMT və bir sıra qeyri-hökumət təşkilatları zərərçəkənlərə ərzaq, içməli su, ilkin tələbat malları çatdırmaqla mümkün yardım göstərirlər,
lakin bu yardımı davam etdirmək üçün vəsait lazımdır.