Litvada gəlir vergisinin dərəcəsi 32 faizə qaldırılıb | Banco.az

Litvada gəlir vergisinin dərəcəsi 32 faizə qaldırılıb

Litva parlamenti gəlir vergisi haqqında qanun layihəsində düzəliş edərək bu verginin maksimal tarifini 32 faizə qaldırmaq barədə qərar qəbul edib. Bu tarif o şəxslərə tətbiq olunacaq ki, onların aylıq əməkhaqqı ölkədəki orta əməkhaqqından 60 dəfə çoxdur. Qeyd edək ki, hazırda Litvada orta əməkhaqqı 1.317,6 avro təşkil edir. Beləliklə, 32 faizlik vergi illik gəliri 80 min avrodan artıq olan vətəndaşlara tətbiq olunacaq. Bununla yanaşı, parlamentdə vergi tutulan minimal hədd də dəqiqləşdirilib. 2020-ci ildə bu hədd 350 avro olacağı halda, 2021-ci ildə 400 avroya qaldırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et