Litvada əmlak vergisi üçün nəzərdə tutulan hədd aşağı salınacaq | Banco.az

Litvada əmlak vergisi üçün nəzərdə tutulan hədd aşağı salınacaq

Litva Seyminin mətbuat ofisinin yaydığı xəbərə əsasən, fiziki şəxslərin qeyri-kommersiya daşınmaz əmlakına vergi tətbiq olunması üçün müəyyənləşdirilmiş hədd 220 min avrodan 150 min avroya endiriləcək. 18 yaşa qədər üç və ya daha artıq övladı olan ailələr, eləcə də daimi xidmətə ehtiyacı olan əlil övladlı ailələr əmlakın dəyəri 200 min avronu keçmədiyi halda vergidən azad ediləcək. Hazırda bu güzəşt üçün müəyyənləşdirilmiş hədd 286 min avrodur. Artıq parlamentdə qəbul edilmiş yeni qayda 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et