Litva silah alınması üçün əlavə 130 milyon avro ayıracaq | Banco.az

Litva silah alınması üçün əlavə 130 milyon avro ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Litva 2024-cü ilin sonuna kimi silahların alınması üçün əlavə 130 milyon avro ayıracaq və bununla da illik müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3,2%-nə çatdıracaq.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu vəsaitlər diviziyanın silahlı qüvvələrdə yerləşdirilməsi və ordunun lazımi silahlarla təmin edilməsi planını daha tez həyata keçirməyə imkan verəcək.

Qeyd edilib ki, vəsaitin 20 milyon avrosu müxtəlif modifikasiyalı pilotsuz uçuş aparatlarının (PUA) alınmasına və operatorların hazırlanmasına, 30 milyon avro İHA əleyhinə və elektromaqnit mühafizə sistemlərinin alınmasına, 5 milyon avro pulemyotlara ayrılıb. Eyni zamanda mobil hava hücumundan müdafiə sistemlərinin yenilənməsi üçün 10 milyon, atıcı silahlar üçün 20 milyon, ordu radiostansiyalarının alınması üçün 20 milyon, qumbaraatan üçün 5 milyon, sursat üçün 10 milyon avro ayrılıb. Daha 10 milyon avro Ukraynaya beynəlxalq yardım proqramlarının həyata keçirilməsi və Aİ-nin hərbi fəaliyyətlərində iştirak üçün ayrılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram