Müəllif - Aida İsaq, Banco.az
Litva Rusiya və Belarus ərazisindən yüklərin tranziti qaydasını sərtləşdirmək qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə Baltikyanı ölkənin gömrük idarəsi məlumat yayıb. Məlumata görə, yeni qaydalar tranzit zamanı istehsalçıdan 57 mal qrupu üzrə bəyannamə təqdimatını tələb edir. Mallarının daşınması zamanı onun satıcısı (ixracatçısını) və alıcısı göstərilməlidir. Sənəd iyulun 3-dən mallar ixrac və təkrar ixrac üçün bəyan edilərkən, iyulun 17-dən isə sərhəd nəzarəti məntəqələrində fəaliyyət göstərən gömrük orqanlarında təqdim edilməlidir.
Qeyd edək ki, tranzitin sərtləşdirilməsinə daxil olan məhsul qrupları arasında elektronika və onun komponentləri, elektrik transformatorları, elektrik mühərrikləri, generatorlar, telefonlar, eləcə də elektronikanın istehsalında istifadə oluna bilən kimyəvi materiallar üstünlük təşkil edir
Bizi sosial şəbəkələrdən izləyin!!