Müəllif:Ayşən İmanova/Banco.az
Litva İqtisadiyyatın Təşviqi və Davamlılıq Fondundan ödənilməmiş 8,7 milyon avroya görə Aİ Baş Məhkəməsinə müraciət edib.
Banco.az xəbər verir ki, bu barədə Baltik Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Paulus Ceymis məlumat verib.
“İqtisadi inkişafı dirçəltmək və iqtisadiyyatın dayanıqlığını gücləndirmək planına görə, Litvaya 26 milyon avro ayrılmalı idi, lakin biz 8,7 milyon avro almadıq, bununla bağlı məhkəməyə müraciət etdik”, - o bildirib.
Qeyd edək ki, indiyədək Litva bu başlıqlar altında Aİ-dən təxminən 1 milyard avro və 470 milyon avrodan çox kredit alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!