“Lisenziyalar və icazələr haqqında” Qanunda - DƏYİŞİKLİK EDİLDİ | Banco.az

“Lisenziyalar və icazələr haqqında” Qanunda - DƏYİŞİKLİK EDİLDİ

 “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilib.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

​Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360) 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 77-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

Ən sərfəli kredit üçün müraciət et

“77. şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün müəyyən sahədə xüsusi biliklərə malik olduğunu təsdiq edən sənəd (özəl məhkəmə ekspertinin şəhadətnaməsi, auditor adı almaq üçün verilən ixtisas imtahanının nəticələrini təsdiq edən sənəd);”.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et