Lirə və Türkiyə bazarı üçün kritik görüş olacaq | Banco.az

Lirə və Türkiyə bazarı üçün kritik görüş olacaq

Dünən 5.77 səviyyələrində hərəkət edən, günü də bu səviyyədə başa vuran Dollar/Türk Lirəsi məzənnəsi Ərdoğan - Tramp görüşü əvvəli dəyişməz qalır.

Həftənin əvvəlindən bu yana 5.77 lirə ətrafında dalğalanan Dollar/TL məzənnəsi yeni günə də bu səviyyədən başlayıb.

BIST 100 İndeksi dünəni 0.8% artım ilə tamamlayıb.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın  Vaşinqtonda keçirəcəyi görüş Türkiyə aktivləri baxımından kritik olacaq. Axşam saatlarında baş tutacaq görüşdə ana gündəm maddəsi Suriya olacaq. 100 milyard dollarlıq ticarət həcmi hədəfi, S-400 mövzusu da görüşün əhəmiyyətli gündəm maddələri arasında yer alır.

Ən sərfəli kredit üçün müraciət et

Görüşdən müsbət bir nəticənin çıxmasının TL-nin dəyər qazanımasına səbəb olacağı bildirilir. Belə bir ssenaridə məzənnə 5,72 və 5,70 səviyyələrindən aşağı düşə bilər.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et