"Linkedln" 2023-cü ilin populyar peşələrini açıqlayıb | Banco.az

"Linkedln" 2023-cü ilin populyar peşələrini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İş dünyasının sosial şəbəkəsi olan “Linkedln” 2023-cü ilin populyar peşələrini açıqlayıb.

Banco.az xəbər verir ki, pandemiya prosesi və onun iqtisadi təsirləri iş həyatında da əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu prosesdə bir çox mütəxəssis üçün həm hazırki iş vəziyyətləri, həm də karyeraları ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. 

Bu minvalda “LinkedIn” platforması da son vaxtlar populyarlığı artan peşələri sadalayıb. Bu siyahı karyera planlarınıza rəhbərlik etməyə və ya yeni karyera meylləri haqqında fikir əldə etməyə kömək edə bilər.

Gəlin cari ilin ən çox tələb olunan peşə sahələri ilə tanış olaq:

1) Oyun dizayneri (Game designer)

Oyun dizayneri oyunların funksionallığını, mexanikasını, hekayələrini və vizuallığını tərtib və idarə edən şəxsdir.

2) Blokçeyn Tərtibatçı (Blockchain Developer)

Blokçeyn tərtibatçısı/proqramçısı blokçeyn texnologiyasından istifadə edərək mərkəzləşdirilməmiş sistemləri dizayn edir və inkişaf etdirir.

3) Artım Mütəxəssisi (Growth Specialist)

Artım üzrə mütəxəssis şirkət müştərilərinin sayını, satışlarını və ümumi böyümə tendensiyasını artırmaq üçün strategiya və üsullar hazırlayır.

4) Müştərilərin Müvəffəqiyyəti üzrə Mütəxəssis (Customer Success Specialist)

Müştəri Müvəffəqiyyəti Mütəxəssisi şirkətin müştərilərinə təklif etdiyi xidmətlərin effektiv şəkildə həyata keçirilməsini və müştərilərin gözləntilərinin qarşılanmasını təmin etmək üçün çalışır.

5) Oyun ustası (Game artist)

Ən sərfəli kredit üçün müraciət et

Oyun ustası oyunların vizual dizaynını həyata keçirir və oyun dünyasını təsəvvür etməyə, dizayn etməyə və yaratmağa diqqət yetirir.

6) Süni intellekt mühəndisi (Artificial Intelligence Engineer)

Süni intellekt mühəndisi süni intellekt sistemlərinin dizaynı, təkmilləşdirilməsi və tətbiqi ilə məşğuldur.

8) Xəstə Koordinatoru (Patient Coordinator)

Xəstələrlə əlaqə üzrə mütəxəssis səhiyyə müəssisələrində çalışan və xəstələrin və onların ailələrinin ehtiyaclarını ödəmək üçün müvafiq işləri görən məsul şəxsdir.

9) Konsept ustası (Concept Artist)

Konsept ustası oyunlar, filmlər və animasiyalar kimi media layihələrinin icrası zamanı hekayələrin, personajların, məkanların və digər elementlərin vizual üslubunu və atmosferini yaradır.

10) Proqram təminatının Keyfiyyətinin Təminatı üzrə Mühəndis (Software Quality Assurance Engineer)

Proqram təminatının keyfiyyətinə təminat mühəndisi proqram layihələrinin keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün çalışır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et