“Linkedin” biznes dünyasına necə təsir edir? | Banco.az

“Linkedin” biznes dünyasına necə təsir edir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Populyar sosial şəbəkə platforması olan Linkedin əslində Facebook, Twitter, Snapchat və İnstagram-dan daha uzun müddət əvvəl istifadəyə verilib.

Bu sosial platforma iş həyatı ilə bağlı məlumatların paylaşıldığı işəgötürənlərin və işçilərin ortaq sosial mediasına çevrilib. Linkedin sizə profilinizi, təcrübənizi, tövsiyələrinizi və əlaqələrinizi nümayiş etdirmək imkanı verir. Hesabınız sizin haqqınızda ilkin peşəkar təəssürat yarada, eləcə də, iş dünyasında sizə, biznesinizə qarşı etibarlılıq yarada və nailiyyətlərinizi önə çıxara bilər.

2002-ci ilin dekabr ayında ABŞ-da qurulan Linkedin veb-saytı 5 may 2003-cü ildə istifadəyə verilib.

2006-cı ildə 20 milyon dəfə baxılan tətbiq, 2013-cü ilin iyun ayında 200 fərqli ölkədən 200 milyondan çox qeydiyyatdan keçmiş istifadəçiyə çatdı. Platforma 20 dildə xidmət göstərir.

Qısaca, Linkedin iş həyatındakı mütəxəssislər iş həyatına girməyə hazırlaşan insanlar üçün hazırlanan 2003-cü ildə hazırlanmış sosial şəbəkədir. 2016-cı ildə Microsoft-dan 26 milyard dollara satın alınan , bu gün iş axtaranları və işəgötürənləri bir araya gətirən ən effektiv platformadır.

Ən sərfəli kredit üçün müraciət et

Linkedinin infoqrafikasına əsasən, sayt istifadəçilərinin təxminən 56 faizi kişilər, 44 faizi qadınlardır. Saytda aktivliyinə görə ABŞ-dən sonra ikinci yeri Hindistan tutur.Üçüncü yerdə Braziliya, dördüncüdə Böyük Britaniya, beşincidə Kanada qərarlaşıb.Buranı effektiv edən ən vacib məqam odur ki, iş axtaran və bəlkə də heç bir təcrübəsi olmayan şəxslər, adını milyonlara tanıdan bir mütəxəssis, səlahiyyətli bir akademik, şirkət sahibi, şöbə müdiri, böyük menecer, ictimai menecer, rektor, CEO qoşula bilər. Bir-birlərinin fəaliyyətlərini də görə bilərlər.

Bütün sosial şəbəkələrdə olduğu kimi, Linkedin-də bir e-poçt ünvanına sahib olmaq qeydiyyat üçün məcburidir. Elektron poçt ünvanından əlavə olaraq, platformada ad, soyad və şifrə kimi əsas məlumatları daxil etməlisiniz. 

Saytda öyrənmə və iş təcrübəniz haqqında məlumat verə biləcəyiniz bir bölmə var. Ən yaxşısı, Linkedinə yalnız iş təcrübənizi deyil, istedadlarınızı da əlavə edə bilərsiniz. Bir sözlə, istedadlarınızı Linkedin əlaqələri ilə, məsələn işinizlə və ya özünüzü inkişaf etdirmək üçün etdiyiniz fəaliyyətlərlə bölüşə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et