Liderlər gerilədi | Banco.az

Liderlər gerilədi

Banco.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, birjada həyata keçirilən əməliyyatların həcminə görə Paşa Kapital 380 mln manatlıq əməliyyatla birinciliyə yüksəlmişdir. Nəzərinizə çatdıraq ki, Paşa Kapital noyabrda 84 mln manatlıq əqd bağlanmışdır ki, bu da onun 4-cü yerdə qərarlaşmasına səbəb olmuşdur. Noyabr ayının lideri olan İnvest.Az isə yola saldığımız ayda ancaq 13 mln manatlıq əməliyyatla 12 yerdə qərarlaşmışdır.

Brokdil-Az dekabr ayında 119 mln manatlıq əqd bağlayaraq ikinci yerin sahibi olmuşdur. Renkinqin üçüncüsü isə 110 mln manatla Çelsi Kapital olmuşdur.

Xatırladaq ki, noyabrda renkinqdə iştirak etməyən Standard Kapital (30.6 mln) və Yapı Kredi İnvest (16 mln) bu ay uyğun olaraq 8-ci və 11-ci yerlərdə qərarlaşmışdır.

Xidmətlərin həcminə görə brokerlərin reytinqi (dekabr, 2014)

N Brokerlər Əməliyyatların həcmi (AZN)
1 (4) Paşa Kapital 380 375 783.62
2 (-) Brokdil-Az 119 010 587.45
3 (6) Çelsi Kapital 110 306 325.37
4 (5) Unicapital  70 881 716.96
5 (9) Xalq Kapital  43 811 207.72
6 (7) BoB Broker 36 159 211.76
7 (8) ADB-Broker 31 340 949.20
8 (-) Standard Kapital 30 662 400.00
9 (3) Texnika Kapital Menecment 25 197 853.56
10 (2) PSG-Broker 19 335 597.48
11 (-) Yapı Kredi İnvest 16 435 990.60
12 (1) İnvest-Az  13 600 682.00

Noyabr ayı üzrə brokerlərin renkinqi ilə "İnvest-AZ bütün rəqiblərini geridə qoydu"  məqaləsində tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et