Lider olmaq asandır, lider qalmaq çətin | Banco.az

Lider olmaq asandır, lider qalmaq çətin

Bu günün sonunda Hesab.az ödəniş portalında 15 milyonuncu ödəniş reallaşacaq -  bu haqda GoldenPay şirkətinin baş icraçı direktoru Fərid İsmayılzadə öz təəssüratlarını paylaşıb.

Fərid İsmayılzadə, CEO GoldenPay:

Bu günün sonunda Hesab.az-da qeydiyyatdan keçmis istifadəçilər tərəfindən 9 milyonuncu ödəniş qeydə alınacaq. Qeydiyyatdan keçməmiş istifadəçilər tərəfindən edilmiş təxminən 6 milyon ödənişi də buna əlavə etsək, fəxrlə deyə bilərik ki, 2011-ci ilin Aprel ayından bəri 15 milyondan çox ödəniş şəffaf şəkildə kartlardan silinmiş və ödənişi qəbul edən şirkətlərin hesabına yatmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Buna görə də hər bir istifadəçimizə təşəkkür edirəm.

Bu rəqəmlər bizi arxayınlaşdırmır. Əksinə bu bir məsuliyyətdir. Lider olmaq asandır, lider qalmaq daha çətin. Ona görə də yeni Hesab.az üzərində işlərimiz sürətlə gedir. 

Bir daha hər kəsə təşəkkürlər. Hər ödənişiniz bizim üçün dəstəkdir!