Lider olaraq doğulursan ya sonradan lider olursan? | Banco.az

Lider olaraq doğulursan ya sonradan lider olursan?

İnsanların lider olaraq doğulması və ya sonradan lider kimi formalaşması haqqında debatlar əsrlərcə davam edir.  Wharton İş/Həyat İnteqsasiyası Proyektinin təsisçi direktoru Stewart Friedman deyir ki, o bu sualın qəti cavabını tapıb.

Özünün "Leading the Life You Want" adlı kitabında Friedman sizə lider olmaq üçün lazım olan əsas bacarıqların açıqlamasını verir. O, həmin bacarıqları necə inkişaf etdirməkdən, həmçinin sahib olduğun və sənin üçün əhəmiyyətli olan heçnəyi itirmədən özünü işə necə həsr etməkdən danışır.  Onun araşdırması belə bir nəticə ilə yekunaşır ki, insanlar dahi lider olmaq üçün doğulmurlar.

“Dağıtmağa hazırlaşdığım miflərdən biri.. odur ki, siz dahi olmaq qabiliyyəti ilə doğulmusunuz. Gerçək deyil. Bəli, bu bacarıqdan asılıdır. Düzdür, şansın da əhəmiyyəti çoxdur. Amma burada həm də inadkarlıq, nizam-intizam, ehtiras və davam etmək cəsarəti tələb olunur ki, bu da sənin üçün və ətrafındakılar üçün ən vacib nüansdır.”  Friedman Knowledge@Wharton biznes məktəb bloquna müsahibəsi zamanı Wharton Leadership Proqramının icraçı direktoru Jeffrey Klein-ə deyir,

Friedmanın seçdiyi profillər içərisində Michelle  Obama, Bruce Springsteen və  Sheryl Sandberg kimi məşhur simalar da yer alıb. O, kitabında həmin şəxslərin necə tədricən liderə çevrilmək yolunda atdığı addımları göstərib, həmçinin onların hansı bacarıqların üzərində işlədiyini və həyatının müxtəlif sahələrini bir-biri ilə necə tarazlaşdığını və inteqrasiya etdiyini nümayiş etməyə çalışıb.

Friedman deyir ki, məhz o subyektləri seçib ki, onlarda mütləq liderliyin üç əsas prinsipi cəmləşib: Gerçək olmaq, orijinal (təkrarsız) davranmaq, öz dəyərlərini və vizyonunu bilmək; bütöv olmaq, bütöv insana hörmət və işinin, icmanın və şəxsi həyatının müxtəlif hisslərinin olmasının, həmçinin onları bir-birinə təsir göstərməsinin  fərqində olmaq; və innovativ olmaq, davamlı öyrənmək və işlərin yerinə yetirlməsinin yeni yollarını sınaqdan keçirmək”.

Qısa şəkildə bu üç xüsusiyyəti belə qruplaşdırmaq olar: Autentik (təkrarsız) olmaq, balanslaşdırılmış həyat yaşamaq və innovativliyə həvəs.

Mən düşünmürəm ki, hanısa insan bu üç xüsusiyyətlə doğulur, Frieadmanın qeyd etdiyi bacarıqlar zamanla formalaşır, cilalanır və möhkəmlənir.

 “Arzuladğınız həyatı qurmaq”-cəhdinə gəldikdə isə Friedman deyir ki, siz ilk öncə “sizi yeganə edən” nüansın nə olduğunu kəşf etməlisiniz, siz öz ehtiras, maraq və bacarıqlarınızı işə salmalı və həmçinin onları ətrafdakıları üçün dəyərli etməlisiniz.

Ən sərfəli kredit üçün müraciət et

Aşağıda Friedmanın Mişel Obamanın nümunəsində liderliyin üç xüsusiyyətini necə izah etdiyi göstərilib.

Dəyərləri və fəaliyyəti uzlaşdırmaq

Bizim birinci ledinin işlətdiyi ilk bacarıq öz fəaliyyəti ilə öz dəyərlərini uzlaşdıra bilmək qabiliyyətidir.  – Friedman deyir. Xanım Obama mütəzəm olaraq özündən soruşur, əgər gördüyünüz iş sizə hər gün az da olsa sevinc bəxş etmirsə, onda nə mənası var?” Friedman deyir ki, bu – həyatını istədiyin kimi idarə-edib etmədiyini müyyən etmək üçün çox yaxşı sualdır. Bu sual hərəkətə keçməyi tələb edir . Siz sizin üçün ən vacib olanı müəyyən etməli, sonra isə həyatınızda dönüş etməli, lazım olsa istiqaməti, fokusunuzu dəyişməlisiniz.

Həyat sərhədlərini idarə etmək

Xanım Obama ikinci prinsipi də olduqca ağıllı tərzdə icra edir. Birinci xanım kimi, o, siyası lider, həyat yoldaşı və iki gənc qız anasıdır Və bu rolların hər biri ictimayyətin gözü qarşısındadır, amma eyni zamanda həm də fərdidir və şəxsi məsuliyyətdir.  Öz həyat və işini uğurla inteqrasiya etmək üçün Obama həyatının müxtəlif hissələri arasında məsafə saxlamağa imkan verən sərhədlərdən istifadə edir.

Friedman izah edir ki, hər bir rəhbər öz sərhədlərini tətbiq etməlidir, onlardan bəziləri toxunulmaz (dəyişməz), digərləri isə məsaməli ola bilər. Toxunulmaz sərhədlər bunlardır  ki, siz müəyyən zamanlarda özünüzə deyirsiniz “ Mən başqa heç nə edə bilmərəm və mənim elə indi edəcəyim yegənə şeydir” . Məsaməli sərhədlər onlardır ki, siz həyatınızın müxtəlif hissələrini bir araya gətirməyə istifadə edirsiniz və onlar biri-birini qarşılıqlı zənginləşdirir.

Dəyişikliklərə qucaq açmaq

Xanım Obamanın üçüncü bacarığı dəyişiklikləri cəsarətlə qəbul etməkdir. – Friedman deyir. Hər bir lider dəyişiklikləri qəbul etməyi və onlara uyğunlaşmağı öyrənməlidir. “ Bu xanım həqiqətən də müəyyən olduqca çətin qərarlar qəbul etmiş və yeniliklər sınamlı olmuşdur ki, onların nəticəsi olaraq öz komfort zonasından çox-çox uzaq düşmüşdür. Lakin, bu onun atasından öyrəndiyi  və öz həyatını onlara uyğun yaşamaq istədiyi  əsas dəyərlərə sadiq qalmaq üçün əsas şərtdir.

Mənbə: http://www.inc.com/will-yakowicz/how-to-lead-your-life-like-a-great-lead...

Könül Soltanova, Banco.az