"Fitch" Türkiyənin kredit proqnozunu dəyişib | Banco.az

"Fitch" Türkiyənin kredit proqnozunu dəyişib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Fitch" Türkiyənin kredit proqnozunu "sabit"ə dəyişib.

Banco.az xəbər verir ki, Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” Türkiyənin kredit reytinqini “BB-” səviyyəsində saxlayaraq, reytinq üzrə gözləntini “pozitiv”dən “sabit”ə dəyişdirib.

“Fitch Ratings” Türkiyə iqtisadiyyatı ilə bağlı qiymətləndirməsini dərc edib.

Agentliyin yaydığı açıqlamada bildirilir ki, Türkiyənin uzunmüddətli xarici valyuta ilə ifadə olunan kredit reytinqi “BB-” səviyyəsində təsdiqlənib, reytinq üzrə gözlənti isə “pozitiv”dən “sabit”ə yenilənib.

Qeyd olunub ki, gözləntinin dəyişdirilməsi İran müharibəsinin başlanmasından sonra Türkiyənin valyuta ehtiyatlarında müşahidə edilən əhəmiyyətli azalma ilə bağlıdır.

Bu müddət ərzində “Türkiye Cumhuriyet Merkez Bankası”nın türk lirəsini dəstəkləmək məqsədilə bazara 50 milyard ABŞ dollarından artıq valyuta satdığı bildirilib. Həmçinin vurğulanıb ki, müharibə uzanacağı təqdirdə xarici borc ödənişləri və inflyasiya göstəricilərində daha ciddi pisləşmə baş verə bilər.

Açıqlamada Türkiyənin enerji idxalından yüksək asılılığının bu riskləri artıran əsas amillərdən biri olduğu xüsusi qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram