Leqal marixuana istehsalçıları 10 milyard ziyana düşdü - SƏBƏB  | Banco.az

Leqal marixuana istehsalçıları 10 milyard ziyana düşdü - SƏBƏB 

Avqustun əvvəllərindən başlayaraq ABŞ-ın bir sıra ştatlarında xəstəliklərə nəzarət və profilaktika mərkəzləri elektron siqaretlə bağlı olduğu iddia edilən xəstəlik hallarını araşdırıb. Bu da seqmentdəki 4 qanuni istehsalçının: “Tilray”, “Canopy Growth”, “Aurora Cannabis” və “Cronos Group”un maliyyələşməsini 10 milyard dollar azaltmışdır.

Həmçinin oxu: “Juul”un həmtəsisçiləri artıq milyarder deyillər 

Leqal istehsalçılar gələcəkdə də elektron siqaret (vaping) üçün qarışıqlar istehsal etmək ümidlərini itirmirlər. Leqal marixuana istehsalçılarını maliyyələşdirən amerikalı investorlar qərarsız vəziyyətdə qalır: əgər hökumət kannabis tərkibli qarışıqları qadağan etsə, satışlar əhəmiyyətli dərəcədə azala bilər. ABŞ-ın tənzimləmə qərarı Kanadanın da mövqeyinə təsir edə bilər. Halbuki ilin sonunacan veyplər üçün qarışıqların leqallaşdırılması gözlənilirdi. 

ABŞ-ın marixuanadan qeyri-müalicəvi məqsədlərlə istifadə edilməsinə icazə verilmiş ştatlarında vəziyyət belədir: Bazarın 10%-dən 25%-ə qədəri elektron siqaretin payına düşür. 

Həmçinin oxu: Reklamlarda emosiya və manipulyasiyalardan necə istifadə olunur? 

Ən sərfəli kredit üçün müraciət et

“Cannabis ETF” firması bazarın inkişafını daim müşahidə edir. Firmanın icraçı direktoru Mett Markeviç qeyd edir ki, leqal istehsalçıların səhmləri analitiklərin proqnozlarının əksinə zəif artım tempi göstərir. Onun sözlərinə görə, vaping şirkətləri hələ Uoll-strit investorları ilə ünsiyyət qurmağa uyğunlaşmayıblar.Amma hələ də nəhəng biznesə çevrilmək imkanı var. 

“Morningstar” agentliyinin analitiki Kristoffer İnton hesab edir ki, uzunmüddətli perspektivdə veyp qalmaqalı sadəcə “yolun üstündəki daşdır”. Həmçinin leqal istehsalçılar qida və içkilərə marixuana tərkibli maddələr hazırlayaraq inkişafı təmin edə bilər. 

Mett Markeviç əlavə edir ki, leqal istehsalçılar hələ var gücü ilə işləmir. Onlar işə bütün potensiallarını sərf etməyə başlayanda daha çox qazanacaqlar. Sərmayədarlar bu nüansları nəzərə almalıdır. Hal-hazırda maliyyə alətlərinə vəsait yatırılması cəhətdən “Aurora Cannabis”in qiymətli kağızlarına böyük tələb var. Qanuni şəkildə marixuana istehsal edən digər üç şirkət isə ilk iyirmilikdə qərarlaşıb. 

Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et