Onlayn bankçılıq – Leobank artıq 300 000 müştəriyə xidmət göstərir.
Texnologiyalar yerində dayanmır və gündəlik işlərə təsirinin necə böyük olduğunu hər gün görürük. Əvvəllər bank xidmətindən istifadə etmək üçün bankda növbələrdə gözləmək lazım idi. İndi bütün banklar təkçə internet bankçılıqdan istifadə etmir, həm də rahat tətbiqlər təqdim edir.
Bəziləri daha da önə gedərək yeniliklərə imza atır. Söhbət smartfonunuzda mövcud “Unibank”ın təqdim etdiyi Mobil bankçılıq xidməti Leobank-dan gedir. Çoxları artıq bu bank ilə tanışdır, çünki dəbli, qara Visa kartı dərhal tanımaq olar. Mobil bankçılıq istifadəçilər üçün bir sıra üstünlüklər təqdim edir, gəlin birlikdə onlara nəzər salaq.
İstifadəçilərin etibarı
Artıq 300.000-dən çox istifadəçi Leo-da qeydiyyatdan keçərək kartlarını alıb. Gündəlik aktiv istifadəçilərin sayı sürətlə artır. Bu, bazarın nəhəngləri ilə müqayisədə çox deyil, lakin nəzərə almaq vacibdir ki, Leobank filialları olmayan tamamilə onlayn bankdır.
Azərbaycanda internet bankçılıq fəal inkişaf edir. Məhz buna görə istifadəçilər bank əməkdaşlarına müraciət etmək üçün növbələrdə gözləmək əvəzinə, rahatlığa üstünlük verir.
24/7 dəstək
Onlayn bank seçdiyimiz zaman, smartfon üzərindən bütün dəstək və məsləhətləri ala bilərsiniz. Bunun üçün dəstək xidməti messencerlərdə və sosial şəbəkələrdə istifadəçilərin müraciətlərini gecə-gündüz cavablandırır.
Siz kredit faizləri ilə bağlı sual verə və ya hətta ən yaxın bankomatın harada olduğunu öyrənə bilərsiniz:
Telegram
Messenger
Bu qaynar xəttdə musiqi dinləməkdən daha rahatdır, elə deyilmi?
Sadə tariflər
Əgər siz nə vaxtsa bank müqavilələrini və ya kredit kartı şərtlərini oxumusunuzsa, bütün bu bank terminlərinin qarışıq olduğunu bilirsiniz. Leobank isə digər yolla gedərək hər şeyi sadə və aydın etməyə qərar verdi.
İstifadəçilər kartları pulsuz əldə edirlər. Tək qara Visa kart ilə istifadəçilər, şəxsi vəsaitlərini, alış-veriş və xərclərindən cashback almaq üçün istifadə edilə bilərlər. Bütün bu əməliyyatlar pulsuz və komissiyasız baş verir.
Əgər siz kredit limitindən istifadə etmək istəyirsinizsə, o zaman siz 10.000 manata qədər məbləğ əldə edə bilərsiniz. Ödəniş üçün isə 62 günə qədər güzəşt müddəti təqdim olunur. Tez və yerindəcə pul lazım olduqda bu çox rahatdır və sonra yavaş-yavaş pulu ödəmə imkanı olacaq.
Cashback
Əhəmiyyətli və xoş bir bonus. İstifadəçilərə seçim üçün kateqoriyalar təqdim olunur və həmən kateqoriyalar üzrə xərclənən məbləğin bir hissəsi geri qaytarılır. Bu, alış-veriş və ya xidmətlər, onlayn sifarişlər də ola bilər. Həmişəki kimi, sevimli kafedə qəhvə pulunu ödəyirsiniz və yaxud ev heyvanınız üçün yemək alırsınız və məbləğin 20%-ə qədəri geri qaytarılır. Bunlar hansısa ballar deyil, istifadə oluna bilən real pullardır.
Kartın qeydiyyatı və alınması
Kart əldə etmək çox asandır. Bunun üçün heç yerə getmək və ya sorğu göndərmək lazım deyil, mobil tətbiqi yükləmək kifayətdir. Onlayn bank seçdikdə bütün prosedurlar sadələşir. Qeydiyyat 3 dəqiqədən çox çəkmir və aydın prosedurdan ibarətdir.
Daha sonra istifadəçi bank əməkdaşı tərəfindən çatdırılacaq kartı almaq üçün uyğun vaxt və yer seçir. Bəli, harada olmağınızdan asılı olmayaraq, birbaşa qapınızda: evdə, ofisdə, iş yerini əvəz edən sevimli kafedə.
Tətbiqi indi Appstore və Google Play-də yükləyə bilərsiniz. Bank kartları da elektron pul kisələrinə asanlıqla bağlanır. Buna görə də, kartınız evdə olsa belə, smartfonla ödənişlər edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!