Ləğv edilmiş bankın balansında olan ev satılır – QİYMƏT | Banco.az

Ləğv edilmiş bankın balansında olan ev satılır – QİYMƏT

Ləğv prosesində olan “AtraBank” ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 48E nömrəli fərdi yaşayış evi ötən gün ilkin satış qiyməti  2 milyon 363 min 250 manat olmaqla açıq hərraca çıxarılıb.

Əmanətlərinin Sığortalanması Fondundan verilən məlumata görə, açıq hərraca çıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.

Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verilib.

Ən sərfəli kredit üçün müraciət et

Ləğv prosesində olan “Royal Bank” ASC-nin reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqları da hərraca çıxarılıb.

İlkin satış qiyməti 17421 (on yeddi min dörd yüz iyirmi bir) manatdır.

Mənbə: Oxu.az