Layihəyə investisiya cəlb etməyin yeni yolu - kütlə fondlaşdırması | Banco.az

Layihəyə investisiya cəlb etməyin yeni yolu - kütlə fondlaşdırması

Crowdfunding alternativ maliyyənin bir formasıdır.

Ölkəmizdə hələki mövcud olmayan öz dilimizə çevirərkən “kütlə fondlaşdırması” kimi tərcümə olunan crowdfunding dünyada ən geniş yayılmış maliyyələşmə sistemlərindən biridir. Kütlə fondlaşdırmasında ticari və ya ticari olmayan bir layihə kütlə tərəfindən pul bağışlamaları  və yardımları vasitəsi ilə maliyyələşdirilir. Bu məqsədlə yaradılmış müxtəlif  web saytları mövcuddur.

Deyək ki, sizin texnologiya ilə əlaqədar layihəniz mövcuddur, ancaq bunu reallaşdırmaq üçün kifayət qədər maddi imknınız yoxdur. Elə bu vaxt sizin köməyinizə kütləvi fondlaşdırma çatır. Bu zaman layihənizi crowdfunding web saytına yükləyirsiniz və insanlar sizin layihənizə pul köçürmələri edir.

Kütləvi fondlaşdırma web saytları komisyon haqq ilə işləyir. Bu komisya layihəniz üçün toplanan bağışlamaların 3 və ya 5%-ni təşkil edir. İstənilən pul miqdarının toplanması bitdikdən sonra siz rahat bir şəkildə layihənizin icrasına başlayırsınız və sizə əlavə müdaxilə olmur. Bu zaman ilk ağla “saxtakarlıq” ehtimalı gəlir. Xəyali lahihələrlə haqsız pul qazanmağı düşünən insanlara bu asan görünsə də, əslində bu belə deyil. Bu saytlarda aldatma məqsədli layihələrin demək olar ki, hamısı bir dollar belə yardım almamışdır

Belə saytlarda iki cür fondlaşdırma növü vardır:  flexible funding ve fixed funding. Flexible funding, yəni elastik fondlaşdırma hədəflədiyiniz məbləği ala bilməsəniz də layihəniz üçün toplanan pulu ala biləcəyiniz fonddur. Sabit fondlaşmada (fixed funding) isə pulun miqdarı hədəflədiyiniz rəqəmə çatmadıqda bu vəsaiti ala bilmirsiniz və vəsait həmin pulu köçürən şəxslərə geri qaytarılır. Belə layihələrə nəinki texnoloji, həmçinin təhsil, sosial məsuliyyət və s. daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Gəlin, bunu daha açıq şəkildə izah edək. Məsələn, sizin 10 000 man. dəyərində xərcə ehtiyacı olan layihəniz var. bunun üçün də kifayət qədər vəsaitiniz yoxdur. Siz bu layihəni crowdfunding saytına yükləyirsiniz və insanlar sizin layihəyə bağışlamalar edir. Məsələn, əgər 1000 nəfər 10 man. bağışlama etsə siz istədiyiniz vəsaitə çatacaqsınız.

Soruşa bilərsiniz: Bəs insanların bu yatırımdan qazancları olacaq?

Bunun üçün crowdfunding’in müxtəlif növləri var:

İnvestment model (investisiya modeli) növlü kütlə fondlaşmasında insanlar layihə gerçəkləşdikdən sonra yaranan şirkətin ilkin səhmdarı olurlar. Beləcə, səhmlərin sonrakı dövrdə bahalaşmasından, həmçinin dividendden qazanırlar.

Lending model (borc modeli) kütlə fondlaşması bank xarakterini daşıyır, insanlar sonrakı dövrdə verdikləri yardımlardan kredit kimi faiz əldə edirlər, yalnız bu faiz bankın faizlərindən çox kiçik olur.

Dünya üzrə bir neçə məşhur kütlə fondlaşdırması web saytları mövcuddur. Məsələn, Kickstarter, Indiegogo, Crowdfunder ən yaxşı crowdfunding web saytlarıdır.

Bu maliyyə vasitəsi yeni investisiyalar cəlb etmək üçün ən yeni və deyərdim ki, yaxşı üsullardan biridir. Ümid edirik ki, bu üsul ölkəmizdə də mövcud olacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et