Müəllif: Tamara Mustafayeva, Banco.az
Larri Ellisonun sərvəti kəskin artım göstərib.
Banco.az xəbər verir ki, ABŞ-ın proqram təminatı şirkəti “Oracle”ın təsisçisi Larri Ellisonun sərvəti süni intellekt sahəsindəki yeniliklərin şirkət səhmlərinə təsir göstərməsi ilə Bill Qeytsi üstələyib.
Süni intellektdəki nailiyyətlərə görə bu il “Oracle” səhmlərinin 42 faiz artbahalaşması şirkətin təsisçisi Larri Ellisonun “Microsoft”un qurucusu Bill Qeytsin taxtını əlindən alıb.
Bloomberg Milyarderlər İndeksinə görə, 78 yaşlı Ellisonun sərvəti hazırda 129,9 milyard dollar təşkil edir ki, bu da onu dünyanın 4-cü ən varlı insanına çevirib. Bununla da, Ellison ən varlılar siyahısında 129,1 milyard dollar sərvətə sahib olan Bill Qeytsi ilk dəfə geridə qoymağa müvəffəq olub.
Qeyd edək ki, investorların süni intellektə və texnoloji səhmlərə marağı artdıqca “Oracle” səhmləri bu il ümumilikdə 42 faiz olmaqla bahalaşıb və bazar ertəsi günü rekord həddə - 116,43 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!