Larinin manata qarşı məzənnəsi 9 aylıq minumuma enib | Banco.az

Larinin manata qarşı məzənnəsi 9 aylıq minumuma enib

Bu gün Gürcüstan larisinin (GEL) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi 6,1% azalaraq 0,5315 manat (1 manat/1,8815) təşkil edib ki, bu da 2021-ci ilin iyun ayının 3-dən bəri qeydə alınan ən aşağı göstəricidir.

Beləliklə, larinin manata qarşı məzənnəsi doqquzaylıq minimuma enib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumunun valyuta bazarlarında şok dalğaları yaratması fonunda, Gürcüstanın milli valyutası ABŞ dollarına nisbətdə də ucuzlaşıb. Manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, larinin dollar qarşısında dəyərsizləşməsi AZN-GEL cütlüyündə də larini kəskin endirib.

Xatırladaq ki, fevralın 2-də larinin manata qarşı məzənnəsi 0,5601 manat (1 manat/1,7854 lari) çataraq 20 aylıq maksimumu yeniləmişdi. Lari bundan əvvəl stabil mövqeyini ötən ilin əvvəlindən bəri saxlayırdı və stabil olaraq 0,54-0,55 manat səviyyəsində ticarət olunurdu.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram