Küləyin sürəti necə ölçülür? | Banco.az

Küləyin sürəti necə ölçülür?

Küləyin həyatımızda böyük əhəmiyyəti var. Onun bizə verdiyi əsas üstünlük enerjidir. İndi sizə durub ''Küləkdən necə enerji almaq lazımdır?'', onu izah etməyəcəm. Bilənlər bilir, bilməyənlər üçün də başqa vaxta qalsın. Küləkli günlərdə hava proqnozu məlumatlarında küləyin, məsələn saatda 25 kilometr sürətlə əsdiyini bildirirlər. Halbuki çox güclü əsdiyini düşünüb onun sürəti barədə aldana bilərik.

Küləyin dəqiq sürəti bir çox şəxs üçün böyük əhəmiyyət daşıyır və bu səbəbdən onun sürətini ölçməyin elmi üsulları inkişaf etməkdədir. Külək sürətini ilk də 1667-ci ildə ingilis elm adamı Robert Hook ölçüb. ''Külək ölçən'' adlandırılan bu alət öz ətrafında fırlana bilən dirəyə bağlanmış bir çox qanaddan ibarətdir. Külək əsdiyi zaman bu qanadlar hərəkət etməyə başlayıb dirəyi öz ətrafında fırladırlar və küləyin sürəti artdıqca fırlanma sürəti də artır. Müəyyən bir zaman ərzində başlanğıc nöqtəsindən keçən qanadların sayı ölçüləndə isə küləyin sürəti məlum olur. Hal-hazırda istifadə olunan meteoroloji radarlar 1941-ci ildə icad edilib.

Ən sərfəli kredit üçün müraciət et

 

Müasir meteorologiyada müşahidələr yer və yüksək atmosfer müşahidələri olmaqla iki yerə bölünür. Dünyada olduğu kimi Azərbaycanda da yer müşahidələri anlıq və saatlıq olaraq mütəmadi aparılır. Azərbaycanın bir sıra bölgələrində meteoroloji stansiyalar vasitəsilə bütün meteoroloji parametrlər ölçülür. Meteorologiyada yüksək atmosfer müşahidələrində ölçmə aparan şarların içinə hidrogen qazı buraxılır çünki havadan yüngül olduğu üçün asanlıqla yüksələ bilir. Bəzən helium qazından da istifadə edirlər.

Bu müşahidələr vasitəsilə təxminən 35 km hündürlükdə atmosfer şaquli olaraq öyrənilmiş olur. Şara içində sensorlar və elektron dövrələr olan alət yerləşdirilir. Bu alət olduğu səviyyələrdə ölçdüyü küləyin istiqamətini və sürətini, o səviyyədəki temperaturu və havanın nəmini bildirir. Yüksək atmosfer müşahidəsinin faydası yerləşdiyi nöqtədən etibarən 150 km diametrli bölgədə bütün meteoroloji parametrləri bir növbəti ölçmə edilənə qədər öyrənməsindədir. 

technote.az