KSM və Banklar | Banco.az

KSM və Banklar

Sağ əlin verdiyini sol əl bilməz deyiblər. Amma Korporativ Sosial Məsuliyyət zamanı bunun bilinməsi əsas şərtdir.

KSM nədir?

Qloballaşan iqtisadiyyat və çətinləşən rəqabətin dolayı təsiri ilə əhəmiyyət qazanan Korporativ Sosial Məsuliyyət (KSM), yeni dünya vizionunda şirkətlərin etibar rəhbərliyi, yüksək marka dəyəri və sadiq müştəri yaratmaq üçün tətbiq etdiyi bir siyasətdir.

Günümüzdə rəqabətin güclənməsi KSM-in yaradılmasına səbəb olmuşdur.

KSM nə sponsorluq, nə də xeyriyyəçilikdir.

Bu qanunvericiliyə uyğun olaraq, qanuni öhdəliklərdən kənara çıxaraq, şirkətlərin könüllülük prinsipi üzərində gördükləri, cəmiyyət üçün hər hansı bir faydası olan işlərdir…

KSM şirkətin cəmiyyətə qarşı nə dərəcədə maraqlı olduğunu və onların kommersiya maraqları ilə yanaşı, cəmiyyətə olan marağınında olduğunu göstərir.

Gerçək mənada, bir KSM layihəsi uzunmüddətli, nüfuzlu, ictimai fayda verən və qalıcı fayda təmin edən işləri özündə saxlayır. KSM bütöv marketinqin bir ölçüsündə, şirkət tanımasının bir vasitəsində, xalqla əlaqələrin bir hissəsində və şirkət mədəniyyətinin məzmununda əks olunur. KSM cəmiyyətin və ətraf mühitin qorunmasına və inkişaf etməsinə yönələn könüllü davranış mədəniyyətidir. Bu zaman iqtisadi qayğılar güdülmür. KSM strategiyasını uğurla tərtib edən bir şirkət, xalqdan inam və etibarı təmin etmiş sayılır. KSM-ə malik bir şirkətə nəzər saldıqda belə bir mənzərə canlanır. O, həmişə istehlakçılarını düşünür, cəmiyyətin maraqlarına diqqət yetirir, xalqını sevir. Hörmət və etibar qazanır. Dar məqama düşsə xalqda onu qoruyacaq və sevəcək. Mən buna bir növ etibar sığortası deyə bilərəm.

Azərbaycanda artıq demək olar ki, böyük şirkətlərin əksəriyyəti KSM layihələrinə diqqət ayırırlar. Lakin bu o qədər də bizim ölkə üçün aktual məsələ sayılmır. Bu anlayış dünya şirkətlərinin arenası üçün standart hal alıbsa, bizim ölkə üçün hələ çox təzədir. Şirkətlərimizin əksəriyyəti bunu xeyriyyəçiliklə qarışdırır. Bir çoxu isə gördükləri işləri gizli saxlayır. Lakin əgər söhbət KSM-dən gedirsə, hər görülən iş cəmiyyətə təqdim olunmalıdır. İnsanlar bilməlidir ki, sən varsan və onları düşünürsən.

Banklarımız da bu istiqamətdə fəaliyyət göstərirlər. Sizə bu günkü məqalədə banklarımızın 2014-cü il üçün KSM layihələri haqqında məlumat verəcəyik.

 

Bank

Layihə adı

Tarix

AccessBank

Fiziki imkanları məhdud olan gənclər üçün təlim

02.05.2014

 KİV nümayəndələri üçün “Maliyyə biliklərinin artırılması” mövzusunda təlim

06.05-03.2014

 

«Qoy-Götür» layihəsi  

31.03.2014

Karyera məktəbi

20.02.2014

“Nümunə ol” aksiyası  

10.01.2014

Amrahbank

"Qanvermə" aksiyası  

17.05.2014

AtaBank

"Novruz bayramı" şənliyi  

16.03.2014

Bank of Baku

 

“Telefonumuza deyil, uşaqlarımıza daha çox zaman ayıraq!”

01.06.2014

"Kimsəsiz uşaqlara Megafun-da əyləncə"

14.02.2014

Dəmirbank

Xeyriyyə tədbiri

29.05.2014

Nikoil Bank

Donor aksiyası

06.06.2014

Paşa Bank

Uşaqlar üçün tədbir

31.05.2014

Turanbank

1 iyun uşaqları sevindirin

01.06.2014

Novruz bayramı və uşaqlar

19.03.2014

Ağacəkmə askiyası

08.04.2014

"Hər kağızı bir yarpağa dəyişək"

17.02.2014

VTB Bank

Qanvermə aksiyası

21.02.2014

Yapı Kredi Bank Azərbaycan

"Ümid Yeri" uşaq evinə ziyarət

16.02.2014

Ən sərfəli kredit üçün müraciət et

Qeyd: cədvəldəki məlumatlar bankların rəsmi veb saytlarından götürülmüşdür.

 

Çox üzücü haldır ki, bu cədvəl uzun deyil. Banklarımızın KSM layihələrinin 90% demək olar ki, uşaqlara yönümlüdür. Əlbətdə bu sahəyə diqqət yetirilməsi çox sevindirici haldır. Lakin, KSM sadəcə uşaqlara yönümlü bir siyasət deyil. Buraya cəmiyyətin bütün problemləri, ekosistemin qorunması kimi layihələrin toplusu daxildir.

KSM layihələrinin cari il üçün ən çox hazırlandığı banklar Accsess bank və Turan bankdır. Həm sayına görə, həmdə mövzularına görə digər banklardan olduqca fərqlənirlər.

Turanbank “Ağacəkmə” və “Hər kağızı bir yarpağa dəyişək” layihələrinin rəhbəri olmasa da yaxından köməkçi qismində iştirak etmişdir.

Bankların KSM fəaliyyətlərində diqqətimi çəkən bir digər nüans isə, bu yöndə hazırlanan işlərin demək olar ki, əksəriyyəti xüsusi günlər və ya bayramlar ərəfəsində hazırlanıb. Təbii ki, KSM üçün sırf bayram və ya xüsusi günləri gözləmək lazım deyil.

Hər halda ümid etmək olar ki, bir neçə il sonra bu siyahı yetəri qədər uzun olacaq. Hər halda KSM missiyasını anlayıb, həyata keçirmək iqtisadi bazarda xüsusi bir canlanma yaradacaqdır. 

Günel Abduraxmanova / Banco.az