Kriptovalyuta bir investisiya aktividir. Fiziki şəxslər tərəfindən kriptovalyutanın alınması zamanı yaranan vergi öhdəlikləri barədə danışan İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə bildirib ki, kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməlidirlər. Bu əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər Vergi Məcəlləsinin 99.3.8 maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən gəliri sayılır və Vergi Məcəlləsinin 101.2 maddəsinə əsasən, 14 faiz gəlir vergisi ödəməlidirlər. Fizişi şəxslər vergi orqanında qeydiyyatda olduğu üçün növbətli ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini təqdim etməlidirlər.
Həmçinin, Vergi Məcəlləsinin 125.1-1 maddəsinə əsasən, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.
Misal: Fiziki şəxs 50 dollar ( 50*1.7 azn = 85 AZN ) ödəniş edib kriptovalyuta alır, daha sonra həmin kriptovalyutanın dəyəri 150 (150*1.7=255 AZN) dollara qədər artır.
ÖMV= 85/0.9*10%=9.44 AZN
Gəlir vergisi = (255-94.44)*14%=22.48 AZN
Qeyd: Burada ödəniş 50 dollar (85 AZN) cəmi məbləğin 90 faizini təşkil edir. Çünki bank 10% ödəmə mənbəyindən vergi tutmuşdur.
vergiler.az
Bizi sosial şəbəkələrdən izləyin!!