Kriptovalyutaların riskli olması qadağan etmək üçün əsas deyil | Banco.az

Kriptovalyutaların riskli olması qadağan etmək üçün əsas deyil

Rusiyanın ən böyük bankı olan Sberbank-ın (Сбербанк) rəhbəri German Qref mətbuat konfransında çıxışı zamanı Rusiya Mərkəzi Bankının kriptovalyutaları qadağan etmək niyyətini şərh edərkən deyib ki, kriptovalyutaların riskli aktiv olması onları qadağan etmək üçün əsas olmamalıdır.

German Qref: “Kriptovalyutaların ölkə ərazsində ödəniş vasitəsi kimi qadağan edilməsini dəstəkləyirəm lakin yeni texnologiyaları tormozlamaq olmaz. Kriptovalyutalar unikal blokçeyn texnologiyasının bir hissəsidir. Bu məsələdə çox diqqətli olmalıyıq. Biz qlobal bazarda yaşayırıq və əgər biz indi nəyisə həddən artıq tənzimləsək, bu bizə qarşı istifadə edilə bilər. İnsanlara kriptovalyutaların volatil və riskli investisiya aləti olduğunu izah etmək lazımdır. Kriptovalyutaların riskli investisiya aktivi olması isə onları qadağan etmək üçün əsas deyil. Əgər investor bütün risklərdən xəbərdar olaraq investisiya edirsə, o zaman bu niyə qadağan edilməlidir? Biz ki, kazinoları qadağan etmirik. Bundan əlavə, hazırda bir sıra şirkətlərin səhmlərinə edilən investisiyalar bu gün kripto investisiyalardan az riskli deyil”

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et