Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da inflyasiya proqnozlardan aşağı açıqlandığı üçün investorlar riskli aktivlərə üz tutublar.
Banco.az xəbər verir ki, aparıcı kriptovalyuta birjası “Binance”in ABŞ-da bazar qiymətinə görə ikinci ən böyük stabilkoin olan USDC-nin ticarətini dayandırmasından sonra yaranan gərginliyi ölkədə noyabr ayı üzrə açıqlanan inflyasiya göstəriciləri kölgədə qoyub.
Belə ki, dünən axşam saatlarında bitkoində 3 faizdən çox bahalaşma müşahidə edilib. Yeni günə cüzi ucuzlaşma ilə başlayan bu kriptovalyuta növü hazırda 17 min 757 dollara satılır.
Qeyd edək ki, digər populyar kriptovalyutalar arasında Ether 4 faiz, BNB 6 faiz, XRP 2 faiz, Cardano 4 faiz, Polkadot 3 faiz, Solana 7 faiz və AVAX 10 faizdən çox dəyər qazanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!