Müəllif: Tamara Mustafayeva, Banco.az
Bitkoin yeni iş həftəsinə bahalaşma ilə başlayıb.
Banco.az xəbər verir ki, dolların qlobal miqyasda zəifləməsi kriptovalyutaların dəyərini artırıb.
1,12 faiz bahalaşan bitkoin hazırda 17 min 323 dollara ticarət olunur.
İkinci ən dəyərli kriptovalyuta olan ethereum isə 2,9 faiz bahalaşmaqla 2 min 300 dollara çatıb.
Qeyd edək ki, kriptovalyutaların bahalaşmasında “FTX” birjasının çöküşü ilə yaranan təlatümün getdikcə təsirini itirməsi də rol oynayır.
Bizi sosial şəbəkələrdən izləyin!!