Kriptovalyutaların bahalaşması davam edir: "Bitcoin"in qiyməti 47 min dolları keçib | Banco.az

Kriptovalyutaların bahalaşması davam edir: "Bitcoin"in qiyməti 47 min dolları keçib

Müəllif:Mehin Qasımova/Banco.az

Bazarlardakı risk iştahı kriptovalyutalara müsbət təsir edib. 

Banco.az  xarici mediaya istinadən xəbər verir ki, Bitkoin 47 500 dolları keçərək bir ayın ən yüksək səviyyəsinə çatıb.
İlin əvvəlindən bəri 13 faizdən çox artım göstərən Bitkoin investisiya alətləri arasında ən güclü performans göstərən aktivə çevrilib. Spot Bitkoin mübadilə fondları indiyədək 8 milyard dollar xalis gəlir əldə edib.

Bazar dəyərinə görə ikinci yerdə olan Ethereum da son 24 saatda 3,55 faiz dəyər qazanaraq 2500 dolları keçib.

Qeyd edək ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) yanvarın 11-də 11 fərqli spot Bitkoin ETF ərizəsini təsdiqləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram