Tamara Mustafayeva, Banco.az
Kriptovalyutalarda ikinci böyük geriləmə dalğası müşahidə edilir.
Banco.az xarici mətbuata istinadla bildirir ki, kriptovalyuta birjalarında çərşənbə günü kəskin ucuzlaşma müşahidə edilir.
Bitkoin 10%-dən çox dəyər itkisi ilə 40 min dollar səviyyəsindən geriləyərkən, Ethereum-un qiyməti isə 15%-dən çox ucuzlaşma ilə 3 min dollardan aşağı düşüb. Litekoin da öz növbəsində 12,9% geriləməklə hazırda 266 dollara icra edilir.
Qeyd edək ki, ən çox dəyər itkisi yaşayan kriptovalyuta növü isə Shiba olub.
Bizi sosial şəbəkələrdən izləyin!!