Kriptovalyuta istifadəçiləri üçün VİSA debet kartlar buraxıldı | Banco.az

Kriptovalyuta istifadəçiləri üçün VİSA debet kartlar buraxıldı

Dash və Tauros kriptovalyuta birjasının tərəfdaşlığı sayəsində ticarət platformasının Meksikadakı müştəriləri VİSA kriptovalyuta debet kartlarından istifadə edə biləcəklər. Bu Latın Amerikasında yayımlanan ilk kripto-kartı olacaq. Bu kartların köməyi ilə istifadəçilər BTC, Dash və digər rəqəmsal aktivləri ölkə daxilində VİSA kartlarını qəbul edən satış nöqtələrində xərcləyə biləcəklər. VİSA kartlar demək olar ki, hər mağazada qəbul edildiyini nəzərə alsaq, Dash və Tauros platformasının birgə səyləri kriptovalyutalardan istifadəni genişləndirəcəkdir.

“Dash Core Group”-un biznesin inkişafı üzrə direktoru Ernesto Contrerac: “COVID-19 tərəfdaşlığımız sayəsəində hazırlanan məhsulun satışını sürətləndirən amillərdən biri oldu. İnsanların həyat tərzini dəyişdirən pandemiya daha çox insanı təmasız ödənişlərdən istifadə etməyə məcbur etdi ki, bu da öz növbəsində texniki innovasiyaya kömək edir.”

kriptoinvest.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et