Kriptovalyuta birjası 1 milyard dollar itki verdi | Banco.az

Kriptovalyuta birjası 1 milyard dollar itki verdi

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın beynəlxalq kriptovalyuta birjası "Coinbase" kriptovalyutaların ucuzlaşması səbəbindən bu ilin II rübündə təxminən 1,1 milyard dollar itki verdiyini bildirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Coinbase" 2022-ci ilin aprel-iyun dövrü üzrə balans hesabatını açıqlayıb.

Hesabata görə, şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 61 faiz azalaraq 803 milyon dollara geriləyib. "Coinbase" keçən ilin eyni dövründə 2 milyard dollar gəlir əldə etmişdi.

Xalis zərərə gəlincə isə şirkət təxminən 1,1 milyard dollar itirib. O, ötən ilin aprel-iyun dövründə 1,6 milyard dollar mənfəət əldə etdiyini açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu dövrdə kriptovalyuta birjasının hər səhmə düşən itkisi isə 4,98 dollar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et