Kriptovalyuta bazarının gələcəyi necə olacaq? | Banco.az

Kriptovalyuta bazarının gələcəyi necə olacaq?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

Bu günlərdə G20 sammiti üçün Balidə olan ABŞ-ın maliyyə naziri Canet Yellen inflyasiya və kriptovalyutaları dəyərləndirib. Yellen inflyasiyanın gələn il azalacağını, lakin qlobal mənzərənin qeyri-müəyyən olduğunu bildirib. Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan FTX-in iflasını və bunun ardınca kriptovalyuta bazarlarında baş verən şok dalğalarını qiymətləndirən Yellen, “kifayət qədər tənzimlənməyən” maliyyə vasitələrinə investisiya qoymağın “olduqca riskli, hətta təhlükəli” olduğunu bildirib.

Maraqlıdır, növbəti mərhələdə kriptovalyutaların taleyi ilə bağlı proqnozlar nələrdir? Mövzu ilə bağlı Banco.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, son dövrlərdə digital pul sahəsində özəl təşəbbüslərin dövlət təşəbbüslərlə münasibətdə daha çox olması bu sahədə balonların formalaşmasına gətirib çıxarıb:

“Pandemiya dövründə coinlərin qiyməti dəfələrlə artdı. Lakin pandemiyadan sonra bu istiqamətdə qoyulan investisiyaların geri çəkilməsi, likvidliklə əlaqədar yaranan problemlər bazarda çöküşə gətirib çıxardı. Bütün bunların baş veməsinin əsas səbəbi emissiya edənlərin heç birinin iqtisadi subyektlər olmaması ilə bağlıdır”.

İqtisadçının fikrincə, kriptovalyuta bazarında etibarlılıq və dövlət təminatı çox vacib məsələdir:

Ən sərfəli kredit üçün müraciət et

“Amma kriptobazarın tənzimlənməsi ilə bağlı hələlik vahid yanaşma və mövqe yoxdur. Avropa Məkəzi Bankı, Britaniya Mərkəzi Bankı, FED, Yaponiya Mərkəzi Bankı son dövrlərdə bu istiqamətdə xüsusi təşəbbüskarlıq göstərir. Lakin buna baxmayaraq hələlik tam olaraq bu bazarın təkmilləşdirilməsi istiqamətində ciddi uğrular əldə olunmayıb. İndiki şərtlər daxilində bəzi narahatlıqlar başa düşüləndir. Amma gələcək digital valyutalar üzərində qurulub vəkriptovalyutalar bunun bir parçasıdır. Böyük ehtimalla Mərkəzi Banklar tərəfindən emissiya edilməkdə olan kriptovalyutalar gələcəkdə digital pul bazarı sahəsində rəsmi təminatlı, arxasında hüquqi subyektlərin dayandığı daha gücvənli alətə çevrilə biləcək. Bütün bunlar 2030-cu ildən sonra ödəniş sistemlərində kriptovlyutaların payının əhəmiyyətli səviyyədə artmasına şərit yaradacaq”. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram