Kriptovalyuta bazarı yenidən canlanacaq | Banco.az

Kriptovalyuta bazarı yenidən canlanacaq

Sinqapur Maliyyə Təşkilatının (MAS) baş direktoru Ravi Menon kriptovalyuta bazarının böhrandan sonra təkrar ayağa qalxacağını ifadə edib.

Menon yanvarın 15-də “CNBC”-yə verdiyi açıqlamada bunları söyləyib:

“Yaşanan böhranın ardından alovlar söndükdə, rəqəmsal valyuta vahidləri və Blockchain ilə əlaqəli dərin və mənalı texnologiyalara zərər gəlməmiş olacağını ümid edirəm”.

İndiyə qədər Sinqapur Mərkəz Bankı “çirkli pulların yuyulması” və digər “potensial risklərə” qarşı diqqətli olmağa ehtiyac olduğunu səbəb göstərərək, kriptovalyutalara qarşı şübhəli münasibət sərgiləyib. Buna baxmayaraq, hər hansı bir tənzimləməyə ehtiyac görməyib. Menon 2017-ci ildə “Bloomberg”-ə verdiyi açıqlamada bunları deyib:

“Bu günədək kriptovalyutaları tənzimləmək üçün heç bir səbəb olmayıb”.

MAS-ın rəqəmsal valyuta vahidlərini tənzimləmək üçün qısa müddətdə hər hansı bir planının olmamasına baxmayaraq, dekabrda kriptovalyutalarla bağlı əhəmiyyətli riskləri diqqətə çatdıran xəbərdarlıq edildi və xalqa diqqətli olmaq tövsiyə edildi.

Menon bazar ertəsi verdiyi açıqlamada Sinqapur Mərkəzi Bankının ictimaiyyətin kriptovalyuta ixrac etmək ehtimalına qarşı çıxmayacağını bildirib.

Bunlar da maraqlıdır:

Birja işində bilməli olduğunuz 15 anlayış

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

 

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az