Rusiya prezidenti Vladimir Putin cümə axşamı verdiyi açıqlama ilə kriptovalyuta bazarının hüquqi tənzimlənməsinin yaxın zamanda məcburi hala gələcəyini vurğulayıb.
Putin açıqlamasıyla nizamlamanın mərkəzi bankda olduğuna diqqət çəksə də, gələcəkdə belə bir bazarın yaradılmasını arzuladığını da ifadə edib:
“Bu inkişaf mərkəzi bankın qərarıdır və yeganə nizamlanma oradadır. Buna baxmayaraq, uzunmüddətli perspektivdə belə bir inkişafa ehtiyac duyulduğunu düşünürəm”.
“Rusiya Bankı bu sahədə mühafizəkardır və heç kim bu münasibətə görə onları günahlandırmır. Kriptovalyutaların hər hansı bir mərkəz tərəfindən dəstəklənmədiyini bilirik. Bu valyutalar dəyərli depozitlər hesab edilməməlidir. Xüsusi bir dəstəyi olmadığına görə, rəqəmsal valyutaların təhlükəsizliyi də şübhə altında qalır. Bu səbəbdən dövlət tərəfindən maliyyələşdirilən bir bazar sözügedən problemə yaxşı həlli ola bilər”.
Rusiya prezidenti sözlərinə belə davam edib:
“Kriptovalyuta vahidlərinə qoyulan investisiyaların riski ümumi kapitalın inkişafı ilə müqayisə edilə bilər. Ortaq kapitalin inkişafında edilən saxtakarlıqların kriptovalyuta dünyasında reallaşmasına göz yuma bilmərik. Əgər dövlət olaraq tənzimləməyə getsək və bu tənzimləmələr yetərsiz qalarsa, kriptovalyuta cameəsinin istifadəçilərə çatdırdığı risklərə biz cavabdeh olarıq. İndi bütün risk investorlara aiddir…”
Maliyyə nazirinin müavini Aleksey Moyzev cümə axşamı verdiyi açıqlama ilə 2018-ci ilin sonunadək Rusiyada kriptovalyuta vahidləri və ICO dövriyyəsinə bağlı yeni bir hüquqi tənzimləmənin tətbiq olunmasının gözlədiyini açıqlamışdı.
Bunlar da maraqlıdır:
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.