Kriptovalyuta bazarı da zəlzələdən zərərçəkmişlərə yardım üçün hərəkətə keçib | Banco.az

Kriptovalyuta bazarı da zəlzələdən zərərçəkmişlərə yardım üçün hərəkətə keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədəki zəlzələdən əziyyət çəkənlər üçün kriptovalyuta bazarları da ianələr edib.

Banco.az xəbər verir ki, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və ümumilikdə 10 vilayətdə baş verən zəlzələlərdən sonra qeyri-hökumət təşkilatları (QHT) və şirkətlər zəlzələ qurbanları üçün kriptovalyuta ianələri də toplayıb.

Hesablamalara görə, AFAD, Kızılay, Ahbap, İHH, Paribu və BtcTurk 9 fevral Bakı vaxtı ilə saat 12:00-a qədər ümumilikdə 4 milyon 200 min dollar dəyərində kriptovalyuta ianəsi qəbul edib. Bu məbləğin 2 milyon 500 min dollarını müxtəlif fikskoinlər, 391 min dollarını ether, 73 min dollarını isə bitkoin təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, bir çox kripto şirkətləri türk lirəsi ilə də ianələr ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram