"Kreditlərin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıb, yaxın vaxtlarda əhaliyə veriləcək" | Banco.az

"Kreditlərin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıb, yaxın vaxtlarda əhaliyə veriləcək"

"Əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin Sizin Fərmanınız və təşəbbüsünüzlə kompensasiya olunması prosesi tam başa çatıbdır, bu vəsaitlər əhaliyə ödənilibdir". 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

"Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıbdır. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik",- Mərkəzi bankın sədri deyib.

Marja