Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi bu il martın 1-nə manatda 13,45%, xarici valyutada isə 9,87% təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, fevralın 1-ilə müqayisədə, müvafiq olaraq, 0,1 faiz bəndi və 0,21 faiz bəndi çoxdur.