Ən ciddi artım
Bu ilin yanvar-iyul aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə kreditlərin sığortasında qeydə alınıb.
Bu növ sığortada ödənişlər 35,4 dəfə artaraq 114,4 min manat təşkil edib. Bundan başqa, həyatın yaşam sığortasında 11,1 dəfə artaraq 28,4 milyon manat, həyatın ölüm halından sığortasında isə 3 dəfə artaraq 1,5 milyon manat olub.
Ən ciddi azalma
Sığorta ödənişlərinin məbləği sağalmaz xəstəliklərdən sığortada 9,6% artaraq 13,7 min manat, tibbi sığortada 5,1% artaraq 28,7 milyon manat, avtomobillərin icbari sığortasında isə 14,5% artaraq 18,7 milyon manat təşkil edib.
7 ay ərzində sığorta ödənişlərinin ən çox azalması isə hava və su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, peşə məsuliyyətinin sığortası üzrə ödəniş 87% azalaraq 1,45 min manat, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 84% azalaraq 2 min manat olub.
Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 11,5% azalaraq 668,7 min manat, səfər sığortasında 16,1% azalaraq 110,1 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 22,1% azalaraq 4,6 milyon manat, kasko sığortasında 7,7% azalaraq 14,6 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 66,6% azalaraq 124,1 min manat olub. istehsalatda bədbəxt hadisələrdən sığortada 13,4% artaraq 1,5 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 48,7% azalaraq 673,2 min manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında isə 75,4% azalaraq 0,9 min manat təşkil edib.